"Bizim üçün əsas ölkə çempionatı olsa da, "Qarabağ"la matçda da nəticə qazanmağa çalışacağıq"

16:10 - 27 Sentyabr 2021

"Omoniya"nın hücumçusu Panayotis Zaxariu Kipr çempionatının "Pafos"la oyunundan sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, Panayotis Konfrans Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu barədə danışıb.

"Düşünmürəm ki, "Pafos"la görüşdə nəticə layiqli oldu. Biz 90 dəqiqə diqtə etdik, rəqib isə yaratdığı 1 qol epizodundan yararlandı. Qarşıda "Qarabağ"la oyunumuz var. Halbuki çempionat bizim üçün əsasdı. Avrokuboklarda isə yaxşı nəticə qazanmağa çalışacağıq".

Xəbər xətti