“Barselona” Serxio Aqueronun yaxın günlərdə sıraya dönəcəyinə ümid edir.
Sportal.az xəbər verir ki, argentinalı hücumçunun əvvəlki formasını bərpa etməsi üçün zamana ehtiyacı olacaq.
Amma Kataloniya təmsilçisinin məşqçilər korpusu Aqueronun Primeronun 8-ci turu çərçivəsində “Valensiya”ya qarşı keçirəcəyi görüşdə meydana qayıdacağına ümid edir.
Argentinalı forvard özü də oktyabrın 17-də keçiriləcək görüşdə meydanda olması üçün çalışır. Yayda "Mançester Siti"ni "Barselona"ya dəyişən Aquero hələ ki, Kataloniya klubunda rəsmi debüt etməyib.
