UEFA klubları bağışladı: araşdırma ləğv olundu

12:25 - 28 Sentyabr 2021

UEFA Super Liqa ideyasının təşkilatçıları "Real", "Barselona" və "Yuventus" haqda araşdırmanı ləğv edib.

 

Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, adı çəkilən klublara açılmış intizam araşdırması qüvvədən düşüb və keçərsiz sayılacaq.

 

Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlamışdılar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Xəbər xətti