"Milan"ın yarımmüdafiəçisi Frank Kessye İngiltərəyə yollanmağa qərarlıdı.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçuya 2 klubdan təklif gəlib.
Belə ki, “Liverpul” və “Mançester Yunayted” afrikalı futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır.
“Mançester Yunayted”də 24 yaşlı futbolçuya Pol Poqbanın əvəzləyicisi gözü ilə baxılır.
“Liverpul” isə Corcinyo Veynaldumun gedişindən sonra yaranan boşluğu məhz “Milan”ın futbolçusu ilə doldurmaq istəyir.
