Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü Kakanın çalışdırdığı Qazaxıstan millisi Dünya çempionatında uğurlu çıxışına davam edir.
Sportal.az xəbər verir ki, vaxtilə millimizdə oynamış, həmçinin "Neftçi" İS-i çalışdırmış braziliyalı Qazaxıstanın futzal komandası ilə tarix yazıb. Belə ki, bu ölkənin futzal komandası tarixdə ilk dəfə Dünya çempionatında yarımfinala vəsiqə qazanıb. Kakanın komandası İrana qarşı keçirilən gərgin görüşdən qalib ayrıla bilib. 2 gün sonra Kakanın komandası finala çıxmaq uğrunda Portuqaliya qarşılaşacaq.
