"Bavariya"nın futbolçusuna 2 oyunluq cəza verildi

16:25 - 28 Sentyabr 2021

"Bavariya"nın futbolçusu Benjamin Pavar 2 oyunluq cəzalandırılıb.

Sportal.az xəbər verir ki, buna onun Almaniya çempionatının VI turunda "Qroyter"lə matçda (3:1) ikinci hissənin əvvəlində birbaşa qırmızı vərəqə alması səbəb olub.

Pavar Bundesliqasının növbəti turlarında "Ayntraxt" və "Bayer"lə görüşləri buraxacaq.

Xəbər xətti