Çempionlar Liqasında debüt edən yığmamızın sabiq üzvü təşəkkür etdi - FOTO

12:32 - 29 Sentyabr 2021

Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Ayaks"a qarşı keçirilən matçda U-17 və U-19 yığmamızın sabiq üzvü Berkay Vardar "Beşiktaş"ın heyətində debüt etdi.

Sportal.az xəbər verir ki, yığmamızda oynamış albanəsilli türkiyəli futbolçu Niderlanddakı debütündən sonra şəxsi instaqram hesabında paylaşım edib. Azərbaycan yığmasının sabiq üzvü ona dəstək olanlara təşəkkür edib:

"10 ildir ki, formasını aşağı yaş qruplarında qürurla daşıdığım “Beşiktaş”da ilk peşəkar matçıma Çempionlar Liqasında çıxmağın həyəcanını və qürurunu yaşayıram. Bu formanı daha çox tərlətmək üçün əlimdən gələni edəcəm. Dəstəkləriniz üçün təşəkkür edirəm”.

Xəbər xətti