Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində lüksemburqlu futbolçu da qol vurub.
Sportal.az xəbər verir ki, “Şerif”in futbolçusu Sebastyan Till ÇL-in qrup mərhələləri çərçivəsində qol vuran ilk lüksemburqlu kimi tarixə keçib.
O, matçın başa çatmasına 2 dəqiqə qalmış tiraspolluların qələbə qolunu vurub. Müqavilə ilə “Proqress”ə məxsus olan 27 yaşlı futbolçu “Şerif”də icarə əsasında çıxış edir
