Milli komandamızın və “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov 6 aylıq sıradan çıxıb.
Sportal.az saytının məlumatına görə, Premyer Liqanın 5-ci turu çərçivəsində “Qəbələ”yə qarşı görüşdə zədələnən Bədəlov dünən MRT müayinəsindən keçib. Müdafiəçinin çarpaz bağlarında qopma olduğundan futbolçunun əməliyyata ehtiyac duyulduğu müəyyən edilib.
Onun tezliklə əməliyyata göndəriləcəyi gözlənilir.
