Kroos: "Kilianın transferi son anda baş tutmadı"

22:18 - 29 Sentyabr 2021

"Real"ın yarımmüdafiəçisi Toni Kroos PSJ-nin futbolçusu Kilian Mbappenin komandaya keçəcəyilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, almaniyalı fransalı ulduzun "kral klubu"nda oynamalı olduğunu deyib: "Yayda mətbuata açıqlamamda demişdim ki, Kilianı Madriddə görmək istəyirəm.

O, klubumuzu daha da güclü edəcək. Gəlin, "transfer pəncərəsi"ni gözləyək və hamımız hər şeyi görəcəyik. Digər futbolçuların komandaya transferi məsələlərini mən həll etmirəm. Hamımız bilirik ki, Mbappe "Real"a keçidə çox yaxın idi. Sadəcə son anda baş tutmadı. Biz Kiliansız yaşaya bilərik. Amma ən yaxşı futbolçular "Real"da oynamalıdı".

 

Xəbər xətti