"Napoli"nin hücumçusu Viktor Osimhen Avropanın nəhəng klublarının maraq dairəsinə düşməyi bacarıb.
Sportal.az xəbər verir ki, nigeriyalı forvard "Real", PSJ, "Mançester Yunayted", "Mançester Siti"nin transfer siyahısında özünə yer edə bilib.
Cari mövsüm İtaliya A seriyasında 6 oyuna 6 qol vurmuş futbolçu üçün "Napoli"yə təkliflər gəlsə də, italiyalılar forvardı 120 milyondan aşağı satmayacaqlarını açıqlayıb.
