"Omoniya"nın veteran futbolçusu Andreas Kanaris Konfrans Liqasının H qrupunun 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək matçla bağlı danışıb.
Sportal.az xəbər verir ki, kiprli futbol adamı Nikosiyadakı matçöncəsi "Omoniya"dakı problemlərdən danışıb: "İşlər çox da yaxşı getmir. Ölkə çempionatında çox da yaxşı çıxış etmirik. Komandada eniş olduğu hiss edilir. Qəribə məqamlardan biri də odur ki, aparıcı oyunçular arasında zədəlilər çoxdu. Komandanın özünə gələcəyinə inanıram.
KL-in ilk turunda "Kayrat"la matçda biz daha da yaxşı oynaya bilərdik. Amma bərabərlik də pis nəticə deyildi. Sabah biz "Qarabağ"a qalib gəlməliyik. Əgər "Omoniya" bunu edə bilərsə, qrupdan çıxmaq məsələsini 70-80 faiz həll etmiş olacaq. Henninq Berq bizi dəyişikliklərilə təəccübləndirməyə öyrəşib. Çünki komanda sıx qrafikdə oynayır. Onu da qınamaq olmur. Axı 7 günə 2 oyunu eyni futbolçularla oynamaq da mümkün deyil".
