"İnter" üçün kamerunlu qolkiper

23:39 - 29 Sentyabr 2021

"İnter" yayda heyətini qapıçı ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, "nerazzura" öncə Bernd Lenonun keçidini həll etməyə çalışacaq. Amma italiyalılar alman qapıçını azad agent statusu ilə heyətinə qatmaq niyyətindədi.

Bu baş verməsə, Milan təmsilçisi "Ayaks"ın çərçivə qoruyucusu Andre Onanı transfer edəcək. 25 yaşlı kamerunlu qapıçı yayda azad agent kimi "İnter"ə keçməyə hazır olduğunu bildirib. O, buna görə Amsterdam təmsilçisi ilə yeni müqaviləyə qol çəkməyib.

Xəbər xətti