Azərbaycan idmançısına 8 illik cəza verildi

12:25 - 30 Sentyabr 2021

Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova 8 il müddətinə diskvalifikasiya olunub. 

 

Sportal.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma federasiyası məlumat yayıb. 

 

Dopinq-testi müsbət çıxan bolqarıstanlı legionerin cəzası bu ilin mayın 10-dan hesablanacaq və 2029-cu ilin mayın 3-də başa çatacaq.

 

Qeyd edək ki, bu, Kostovanın ilk cəzası deyil. O, 2018-ci ildə də antidopinq qaydalarını pozduğuna görə iki illik cəzalandırılmışdı.

Xəbər xətti