Azərbaycanlı hücumçu Murad Mahmudov Almaniyada komanda dəyişib.
Sportal.az saytının məlumatına görə, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 2000-ci il təvəllüdlü futbolçu "Türk Gücü Friedberq" klubu ilə anlaşıb.
"Ayntraxt"(Frankfurt) klubunun yetirməsi olmuş Mahmudov "Leypziq", "FSV Frankfurt" klublarında çıxış etmiş həmyerlimizin son komandası isə aşağı liqada çıxış etmiş "RV Darmşdat" klubu olub.
