"Mahir Emreli "Lester" üçün əsl təhlükə ola bilər"

14:59 - 30 Sentyabr 2021

Bu gün Mahir Emrelinin formasını geyindiyi “Legiya” Avropa Liqasının 2-ci turu çərçivəsində “Lester”lə oynayacaq.

Sportal.az xəbər verir ki, oyundan əvvəl Polşa futbolu üzrə ekspert Rayan Habbard "Lester"in klub telekanalına matç haqda danışıb. O, Mahir Emrelinin çıxışı barədə də fikirlərini bildirib:

"Onların ümid edəcəkləri futbolçulardan biri yayda “Qarabağ”dan transfer etdikləri Azərbaycan milli komandasının üzvü Mahir Emrelidi. O, artıq bir neçə qol vurub və son olaraq da ötən həftə qolunu vurdu. Mahir böyük, güclü hücumçudu. Güclü sol ayağı var. "Lester" müdafiəçiləri üçün əsl təhlükə ola bilər".

Xəbər xətti