Çempionlar Liqası: 2-ci turun ən baxımlı qolunu kim vurub?

15:28 - 30 Sentyabr 2021

"Şerif"in futbolçusu, Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Real"a qarşı keçirilən görüşdə Tiraspol klubuna qələbə gətirən qolu vuran Sebastyan Till turun ən baxımlı qolu nominasiyasına namizəddi.

Sportal.az xəbər verir ki, Lüksemburq millisinin üzvündən savayı Lionel Messinin “Mançester Siti”yə (2:0), Antuan Qrizmanın “Milan”a (1:2), Aleks Tellesin isə "Vilyareal"a vurduğu qol namizədlər sırasındadı.

Tillin vurduğu qol hazırki səsverməyə əsasən 2-ci turun ən yaxşı qolu olmağa yaxındı. 

Xəbər xətti