"Barselona"nın baş məşqçisi "Benfika" matçı haqda: "Qəbul etmək çətindi"

17:12 - 30 Sentyabr 2021

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Benfika”ya qarşı keçirilən matç haqda danışıb.

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis Lissabondakı 0:3 hesablı məğlubiyyəti bu cür şərh edib: “Bu nəticəni qəbul etmək çətindi.

​Matçın nəticəsi oyunun gedişatını əks etdirmir. Halbuki biz heç də pis oynamamışdıq. Təbii ki, 2-ci qolu buraxmamışa qədər. “Benfika” 2-ci qolu vurduqdan sonra işlərimiz yaxşı getmədi”,

Xəbər xətti