"Müdafiədə əla oynadıq, ona görə qol buraxmadıq"

17:25 - 30 Sentyabr 2021

“Benfika”nın baş məşqçisi Jorje Jezuş Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Barselona”nı 3:0 hesabı ilə məğlub etdikləri matçla bağlı danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Kataloniya təmsilçisini necə məğlub etdiklərini bildirib: “Bilirdim ki, 1 qol bizə kömək etməyəcək.

​Ona görə də 1-dən çox qol vurmalı olduğumuzu bilirdik. “Barselona”ya qalib gəlmək üçün bunu etməlisiniz. Müdafiədə əla oynadıq. Ona görə də qol buraxmadıq”.

Xəbər xətti