Kipr mətbuatı bu gün keçiriləcək Konfrans Liqasının 2-ci turunun “Omoniya” – “Qarabağ” matçına geniş yer ayırıb.
Sportal.az xəbər verir ki, goal.com.cy portalı "Qarabağ"ın "Omoniya" önündə şanslarını yüksək görməyib. Kiprli həmkarlarımız "Omoniya"nın bugünki matçda qələbə qazanmaq şanslarını bu cür dəyərləndirib:
"Henninq Berqlə futbolçuları son vaxtlar çempionatda nümayiş etdirdikləri oyun və nəticələrə görə tənqid edilir. Amma avrokuboklarda vəziyyət fərqlidi. “Omoniya” ardıcıl 2-ci mövsümdür ki, avrokuboklarda qruplara vəsiqə qazanır. Ötən mövsüm Avropa Liqasında oynadılar, bu mövsüm Konfrans Liqasında. Bugün GSP-də “Qarabağ”a qarşı keçiriləcək matç “yaşıllar”a imkan verir ki, tənqid edənlərə tutarlı cavab versinlər.
AEL-lə oyunlarını xatırlasaq, “Qarabağ”ın “Omoniya” ilə eyni səviyyədə olduğunu düşünmək olar. Kipr çempionu yaxşı oyun göstərərək, qrupda ilk uğurlu nəticəsini qazana bilər. Növbəti mərhələ üçün yaxşı addım olacaq. Əslində, Azərbaycan komandası "Omoniya" üçün heç bir təhlükə yaratmır. Amma onlara çox ciddi yanaşılmalıdı. “Omoniya” "Qarabağ"a GSP-dən xalla ayrıla biləcəyi inamı verməməlidi. Hər şey “yaşıllar”ın öz əlindədi".
