"Barselona"ya görə millidən ayrılacaq?

18:30 - 30 Sentyabr 2021

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike “Barselona”nın baş məşqçi postuna keçmək haqda düşünmədiyini deyib.

Sportal.az xəbər verir ki, Enrike Kataloniya klubunun yenidən baş məşqçi işləmək ehtimalını bu cür dəyərləndirib:

​“Joan Laportada telefon nömrəmin olduğunu düşünmürəm. Milli komandadan ayrılmaq haqda fikirləşmirəm. Federasiya ilə müqaviləm var. Məni milli komandanın baş məşqçisi kimi görmək istədilər, mən də verilən qiymətə hörmətlə yanaşıram”.

Xəbər xətti