Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, C qrupunda azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu öz meydanında İngiltərə "Lester"ini qəbul edir.
Komandaların bu görüşdə meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir Emreli qarşılaşmaya ilk 11-likdə başlayacaq.
Qeyd edək ki, "Legiya" - "Lester" matçı Bakı vaxtilə saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi
