Avropa Liqasının 2-ci turu çərçivəsində hazırda "Lester"lə ə qarşılaşan "Legiya"nı Mahir Emreli hesabda önə keçirib.
Sportal.az xəbər verir ki, vurduğu qol Emrelinin özü üçün də əlamətdar olub.
Belə ki, forvard "Qarabağ"ın heyətində Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələlərində oynasa da, qol vura bilməmişdi.
Emreli "Qarabağ"ın heyətində 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində ilk dəfə "Slovan"la matçında meydana çıxıb. "Dalğa Arena"da keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün 86-cı dəqiqəsində Emreli Ansi Aqollini əvəzləmişdi.
