"Napoli" evdə "Spartak"dan zəif oldu - VİDEO

00:28 - 1 Oktyabr 2021

Avropa Liqasının C qrupunda yer alan “Spartak” səfərdə “Napoli” ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi güclü rəqibini səfərdə məğlub edə bilib. Belə ki, “Napoli” hesabı açsa da, sonradan buraxdığı qollarla uduzub.

Xatırladaq ki, bu qrupun digər matçında "Legiya" Mahir Emrelinin qolu ilə "Lester"ə qalib gəlib.

“Napoli” – “Spartak” 2:3

​Qollar: Elmas 1, Osimhen 90+4 – Promes 55, 90, İqnatyev 80

Xəbər xətti