“Omoniya”nın müdafiəçisi Yan Leçyaks Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”a keçirilən matçı dəyərləndirib.
Sportal.az xəbər verir ki, Nikosiya klubunun 1:4 uduzduğu görüşdə kiprlilərin yeganə qolunu vuran çexiyalı futbolçu Kipr mətbuatına açıqlamasında bunları deyib:
“Oyuna yaxşı başlamışdıq. Ancaq ikinci yarıda “Qarabağ” baxımlı qolla hesabı bərabərləşdirdi. İkinci hissədə nə baş verdiyini bilmirəm. Vurduğum qola baxmayaraq, uduzduq. Ona görə də vurduğum qola görə xoşbəxt ola bilmərəm.
Sonuncu 2 qolu isə ümumiyyətlə, buraxmalı deyildik. 2 turdan sonra cəmi 1 xalımız var. İndi “Bazel”lə oyunda maksimum xallar toplamalıyıq. Yaxşı və pis günlər olur. Hamımız birlikdə bu durumdan çıxmalıyıq. “Qarabağ”la oyunda bəxtimiz gətirmədi. Vəziyyəti düzəltməliyik”.
