“Yaxşı və maraqlı oyun alındı. Təbii ki, görüşün belə alınacağını da gözləmək olardı. “Omoniya”nın məğlub olmasına gəlincə, nəsə demək çətindi. İlk yarıda yaxşı oynadılar, sonradan nə baş verdiyini bilmirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında APOEL-in sabiq futbolçusu Giorgos Merkis deyib.
Kipr klubunun veteran futbolçusu son illərdə “Qarabağ”a qarşı 4 oyunda forma geyinib. Bu mənada, Ağdam klubunu yaxşı tanıyan Merkis təmsilçimizin Konfrans Liqasının qrup mərhələsinin 2-ci turundakı qələbəsi barədə bunu deyib: “Qarabağ”ın avrokuboklar təcrübəsinin çox olması barədə bilirdim. Dünən qol epizodları az deyildi.
“Qarabağ”ın heyətində hər zaman fərdi ustalığı yüksək olan futbolçular var. Dünən də bunlar az deyildi. Hər halda mübarizə hələ davam edəcək. Necə olacaq, hansı komandanın qrupdan çıxacağını zaman göstərəcək”.
