"Liverpul" 22 yaşlı hücumçu transfer edəcək

13:42 - 1 Oktyabr 2021

“Bayer”in futbolçusu Mussa Diabo karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 22 yaşlı  futbolçu “Liverpul”un maraq dairəsindədi. Fransa millisinin futbolçusu özü də Mersisayd klubuna keçmək istəyində olduğunu bildirib.

​“Liverpul”un baş məşqçisi Yurgen Klopp rəhbərlikdən Diabinin komandaya gətirilməsini israrla istəyib.

PSJ-nin yetirməsi olan Diabi "Krotone"də də oynayıb.

Xəbər xətti