Nuriyev 73 dəqiqə oynadı, komandası 3 xal qazandı - VİDEO

10:10 - 3 Oktyabr 2021

Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçını keçirib. 

"Kolos" "Çernomorets"i qəbul edib. Nuriyevin komandası matçda 2:1 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmaya start heyətində çıxan millimizin üzvü 73 dəqiqə meydanda olub, daha sonra əvəzlənib.

Hazırda “Kolos” 10 turdan sonra 11 xalla 16 komanda arasında 9-cu pillədədi.

Xəbər xətti