“Səbail”in müdafiəçisi Camal Araqo vətəndaşlığını dəyişdirmək haqda düşünür.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Liberiya millisində oynamaq istəyir. Qananın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış Araqo vətəndaşlığını dəyişərək tarixi vətəni olan Liberiya üçün oynamaq niyyətindədi.
Belə ki, onun babası vaxtilə vətəndaş müharibəsinə görə Liberiyadan Qanaya köçüb. Futbolçu Liberiya millisindən dəvət gözləyir.
