Polşanın “Rakuv” klubunun keçmiş idman direktoru Pavel Tomkiç Mahir Emreli transferinin baş tutmaması haqda danışıb.
Sportal.az xəbər verir ki, futbol mütəxəssisi Polşa mətbuatına açıqlamasında Emreli ilə müqavilə imzalamamaqlarının səbəblərini deyib:
“Biz Artur Sobieh və Mayk Navroçkonun transferinə çox yaxın idik. Mahir Emreli? Hər şey fərqli idi. Qərarı biz verməli idik. Mahir Emrelinin bizə uyğun olub-olmadığından əmin deyildik. 100 faiz əmin olsaydıq, Emrelini transfer edərdik”.
