Abdullayev 28 dəqiqə oynadı, komandası evdə məğlub oldu - VİDEO

12:32 - 3 Oktyabr 2021

Kipr çempionatında 5-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin də formasını geyindiyi "Etnikos"(Axna) növbəti matçına çıxıb.

Axna təmsilçisi "Aris"i qəbul edib. Abdullayevin komandası 0:3 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Araz 28-ci dəqiqədə əvəzlənib.

“Etnikos” 5 turdan sonra 1 xalla 12 komanda arasında turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Xəbər xətti