"Qarabağ" - "Qəbələ" matçını kim idarə edəcək?

14:12 - 3 Oktyabr 2021

Premyer Liqada VI turun son oyununun təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, bu gün baş tutacaq “Qarabağ” – “Qəbələ” matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib.

Qarşılaşmanı Əliyar Ağayev idarə edəcək. Görüşdə baş hakimin köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyası Kamal Umudluya tapşırılıb.

Bakıdakı "Azersun Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

VI tur

3 oktyabr (bazar)

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

​“Azersun Arena” 

Xəbər xətti