İtaliyalı qapıçı vəfat etdi

16:52 - 3 Oktyabr 2021

“Reccina”nın sabiq qapıçısı Daniel Leone dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, 2014-cü ildə beynində şiş diaqnozu qoyulan və futbolla vidalaşan kiper, 1 ildən sonra yenidən futbola qayıtmışdı.

Lakin 2017-ci ildə xəstəliyi yenidən aktivləşən Daniel yenidən futboldan uzaq qalıb. Avqustda beynində əməliyyat edilən italiyalının həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti