"Omoniya"nın futbolçusu: "Qarabağ"la matçı unutmuşuq"

17:38 - 3 Oktyabr 2021

“Qarabağ”a məğlubiyyəti unutmuşuq. Bu yenilgiyə baxmayaraq, “Olimpiakos”la qarşıdakı matça yaxşı köklənmişik”.

Sportal.az xəbər verir ki, bunu “Omoniya”nın futbolçusu Kiko klubun rəsmi saytına müsahibəsində deyib.

Konfrans Liqasının qrup mərhələsində öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan Nikosiya təmsilçisi Kipr çempionatının növbəti turunda bu gün “Olimpiakos”un qonağı olacaq.

​Qarşılaşma öncəsi fikirlərini bölüşən portuqaliyalı müdafiəçi Azərbaycan klubuna uduzsasalar da, komandada vəziyyət normal olduğunu vurğulayıb: "Artıq “Qarabağ”la matçı unutmuşuq. Növbətu matçda qələbə üçün nə lazım olsa, edəcəyik”.

Xəbər xətti