"Barselona"nın yarımmüdafiəçisi Niko Qonzales karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 19 yaşlı ispanla “Mançester Siti” maraqlanır.
Cari mövsüm Kataloniya klubunun heyətində 8 oyun keçirib.
Qonsales 500 min avro dəyərindədi.
İspan “şəhərlilər”lə yanaşı “Mançester Yunayted”, “Everton”, “Brayton”un da transfer siyahısındadı. 19 yaşlı yarımmüdafiəçi İspaniyanın U-19 və U-21 yığmasında çıxış edib.
