Yığmamızın sabiq üzvü qol vurdu, komandası 1 xala razılaşdı - VİDEO

10:34 - 4 Oktyabr 2021

Rusiya 1-ci divizionunda 15-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" növbəti matçına çıxıb.

Əliyevin komandası "Metallurq"la (Lipetsk) qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Start heyətində meydana çıxan Kamran sonadək meydanda olub.

Azərbaycanın aşağı yaş qruplarının digər sabiq üzvü David Qarayev də bu matçda oynayıb və komandasının yeganə qolunu vurub.

“SKA Xabarovsk” 15 turdan sonra 28 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti