"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto İspaniya millisinə dəvət edilib.
Sportal.az xəbər verir ki, o, millisinin Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.
Roberto milli komandada zədələnən “Selta”nın futbolçusu Brais Mendesi əvəzləyəcək. İspaniya yığması oktyabrın 6-da Millətlər Liqasının yarımfinalında İtaliya ilə qarşılaşacaq.
