İrlandiya millisinin baş məşqçisi: "Azərbaycana yollanırsınızsa, mütləq çətinliklə üzləşəcəksiniz"

15:15 - 4 Oktyabr 2021

İrlandiya milli komandasının baş məşqçisi Stiven Kinni DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla görüşü barədə danışıb.

Sportal.az xəbər verir ki, irlandiyalı mütəxəssis oktyabrın 9-da Bakıda meydana çıxacaq komandası barədə fikirlərini bildirib:

"Bizi çətin oyun gözləyir. Əgər siz Azərbaycana yollanırsınızsa, mütləq çətinliklə üzləşəcəksiniz. Serbiya millisi Bakıda çətinliklə üzləşmişdi. Azərbaycan millisi az qol buraxır. Avrokuboklarda çıxış edən futbolçuları var. İstənilən halda qələbə qazanmaq istəyirik. İnanıram ki, bunu edə biləcəyik".

Xəbər xətti