Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.
Yarımfinalın ilk oyunu İtaliya ilə İspaniya arasında olacaq. "San Siro"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Digər yarımfinal qarşılaşmasıı isə 2 gün sonra Belçika və Fransa yığmaları arasında oynanılacaq.
İkinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
6 oktyabr
22:45. İtaliya - İspaniya
Milan, "San-Siro" stadionu
7 oktyabr
22:45. Belçika - Fransa
