Alman futbolçu illik 10 milyon qazanmaq istəyir

10:36 - 6 Oktyabr 2021

“Bavariya”nın müdafiəçisi Niklas Süle komandanı tərk edə bilər.

Sportal.az xəbər verir ki, Almaniya millisinin 26 yaşlı futbolçusuna İngiltərə Premyer Liqası klublarından təklif gəlib.

Məlumata görə, futbolçu illik maaşının 10 milyon avro olmasını istəyir. Məhz buna görə də Münhen klubu ilə yeni şərtlərdə razılaşmayıb. "Hoffenhaym" yetirməsi olan futbolçu 2017-ci ildən "Bavariya"da çıxış edir.

Xəbər xətti