İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında qarşılaşacaqları İspaniya oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, Mançini ispanlar haqda xoş sözlər deyib: “Hücumda məlum problemlərimiz var. Zədə səbəbindən Avropa çempionatındakı hücumçularımız - Andrea Belotti və Çiro İmmobile hazırda heyətdə yoxdu. Komandaya iki gənc hücumçu cəlb etmişik.
Həm Raspadori, həm də Kena gəncdi. Onlardan maksimum yaxşı istifadə etməyə çalışacağıq. İspaniya AVRO-2020-də ən yaxşı oyununu bizə qarşı oynamışdı. Topa sahib olmada bizə çox problem yaratdılar. Biz bugünki oyunda ən yüksək səviyyədə oyun oynamalıyıq”.
