“Səbail”in qanalı legioneri Camal Araqo Sportal.az saytına açıqlama verib.
O, komandasının Premyer Liqanın 6-cı turundakı “Neftçi” məğlubiyyətini şərh edib. Bununla yanaşı komandasının çempionatdakı potensialından danışıb: “Son çempionla oynayırdıq. Onların çempion olmasından xəbərdar idim, hörmətlə yanaşırdıq onlara.
Biz də yaxşı səviyyədə futbol oynadıq. Sadəcə bizim son oyunlarda şanssızlığımız var. Qol epizodlarında, oyunun özündə də şanssızlıqlarımız olur. İstənilən halda mübarizəmizi davam etdiririk. Ümidvaram ki, növbəti dəfə “Neftçi” ilə oyunda daha yaxşı nəticə göstərəcəyik”.
