Dünya çempionatı: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu

14:46 - 6 Oktyabr 2021

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

 

Sportal.az beşinci yarış günündə 57, 59, 68 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.
Alyona Kolesnik ilk görüşdə Belarus təmsilçisinə 4:8 hesabı ilə məğlub olub.

 

Azərbaycanın daha iki güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.

Xəbər xətti