Fransalı futbolçu Kilian Mbappenin yerli mətbuata müsahibə verməsi PSJ rəhbərliyinin xoşuna gəlməyib.
Sportal.az xəbər verir ki, Mbappe müsahibə verməmişdən öncə klubdan icazə almayıb. Yerli mətbuata müsahibəsində Mbappe “Real”a keçmək istədiyini və bunun üçün PSJ-ə müraciət etdiyini deyib.
Məhz onun verdiyi müsahibəni fransızlar bəyənmədiyini Mbappeyə bildiriblər. Onun icazəsiz müsahibə verdiyinə görə cəzalandırılacağı gözlənilir.
