"Azərbaycanın İrlandiya ilə heç-heçə etməsi mənim üçün sürpriz oldu"

16:48 - 6 Oktyabr 2021

Serbiya millisinin sabiq futbolçusu Antonio Rukavina yerli mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, Rukavina millisinin DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycana qarşı keçirəcəyi oyunu barədə danışıb:

"Komandamız yaxşı formadadı. Lüksemburq və Azərbaycanla oyunlarda xal itirəcəyimizi düşünmürəm. Azərbaycanın Dublində İrlandiya ilə 1:1 oynaması mənim üçün sürpriz oldu. Favorit olduğumuz oyunlarda xal itirməməliyik. Lüksemburq və Azərbaycanı məğlub etməliyik ki, Portuqaliya ilə oyun üçün Lissabona motivasiya ilə yollanaq". 

Xəbər xətti