İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker "qızıl top"a namizədlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, bu cür danışıb: "Messini keçmək namizədlər üçün çətin olacaq. Mövsümün ilk yarısını çox yaxşı keçirdi. Sonradan Argentina millisi ilə Kopa Amerikanı qazandı. Məncə, Benzemanın adı da siyahıda olmalıdı. Şübhəsiz ki, belədi. Ona böyük hörmətim var".
Cari mövsüm Lionel Messi PSJ-nin heyətində 5 oyun keçirib, 1 qol vurub. Kərim Benzema isə "Real"da 10 oyun keçirib 10 qol vurub.
