"Qarabağ"a qarşı oynadı, Fransa çempionu ilə anlaşdı

10:36 - 16 Yanvar 2022

"Lill" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Fransa klubu “Bazel”dən Edon Jeqrovanı transfer edib.

22 yaşlı yarımmüdafiəçi Fransanın son çempionu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. 

​“Lill” Edon üçün “Bazel”ə 7 milyon avro ödəyib. Jeqrova Konfrans Liqasının H qrupunun "Bazel" - "Qarabağ" matçında da iştirak etmişdi.

Xəbər xətti