PSJ-nin qapıçısı Serxio Riko Parisi tərk etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, qolkiper oyun praktikasının olmamasından narazı olduğuna görə ispaniyalı qapıçı "Malyorka" ilə müqavilə imzalamaq istəyir.
"Aston Villa"nın da Riko üçün PSJ-yə müraciət etdiyi də bildirilir. PSJ Rikonu mövsüm sonuna qədər icarəyə verə bilər.
28 yaşlı qapıçı "Sevilya" yetirməsidi. O, PSJ-dən əvəl "Fulhem"də icarə əsasında çıxış edib.
