"Liverpul" "Lids"ə 40 milyon təklif edir

14:27 - 16 Yanvar 2022

“Liverpul” “Lids”dən futbolçu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi Premyer Liqa klubundan Kelvin Fillipsi heyətinə qatmaq niyyətindədi.

Yurgen Kloppun sərəncamında görmək istədiyi futbolçu üçün “Liverpul” “Lids”ə 40 milyon avro ödəməyə hazırdı.

Amma futbolçunun komandası onu Premyer Liqadan hər hansı kluba satmaq niyyətində deyil. 

Xəbər xətti