Namik oynadı, komandası qalib gələ bilmədi

22:30 - 16 Yanvar 2022

Millimizin futbolçusu Namik Ələsgərovun çıxış etdiyi  “Bursaspor” Türkiyə 1-ci Liqasından növbəti oyununu keçirib.

Sporta.az xəbər verir ki, komanda 21-ci turda “Erzurum BB”ni qəbul edib. Namikin start heyətində meydana çıxdığı və sonadək mübarizə apardığı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

“Bursaspor” turnir cədvəlində 20 xalla 17-ci pillədə qərarlaşır. 

Xəbər xətti